Bank Of Baku

Azərbaycanda bank aktivlərinin 2/3-si kreditlərin payına düşür

Azərbaycanda bank aktivlərinin 2/3-si kreditlərin payına düşür
# 21 noyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kredit portfelinin məcmu aktivlərdə xüsusi çəkisi 2008-ci ilin noyabr ayının 1-nə 65,6% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumat əsasən, bu göstərici son bir il ərzində 0,6 faiz bəndi artıb. Müqayisə üçün bildirək ki, 2008-ci ilin əvvəlində kreditlərin bank aktivlərinin strukturunda xüsusi çəkisi 67,7%, 2007-ci ilin əvvəlində isə 62,7% təşkil edib.
Göründüyü kimi, bu göstərici son zamanlar 63-68% civarında dəyişib və çox yüksək səviyyədə qalır. Dünya praktikasında bank sistemində kreditlərin aktivlərdə 70% və daha çox paya sahib olması bank sektoru üçün təhlükəli hesab edilir. Bankların aktiv əməliyyatlarını diversifikasiya etməməsi isə banklarda risklərin idarə edilməsi prosesinin düzgün təşkil olunmadığını göstərir. Çünki belə olan halda bank sistemi kreditləşmədən asılı vəziyyətə düşür.
Digər tərəfdən nəzərə alınmalıdır ki, makroiqtisadi baxımından kreditlərin yüksək səviyyədə olması ilk növbədə daxili bazarda maliyyə alətlərinin çatışmazlığı ilə bağlıdır. Yəni, banklara sərmayə qoyuluşları üçün alternativ investisiya istiqamətləri təşkil edilməlidir. Belə ki, hazırda investisiyaların bank aktivlərində xüsusi çəkisi cəmi 5-6% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR