Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Qərbi Balkan, Qafqaz və Orta Asiyada regionuna xüsusi diqqət yetirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Qərbi Balkan, Qafqaz və Orta Asiyada regionuna xüsusi diqqət yetirəcək
# 21 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qlobal iqtisadi böhranın ciddi təsirinə cavab olaraq 2009-cu ildə Mərkəzi və Şərqi Avropa regionuna investisiyaları əsaslı şəkildə artırmağı planlaşdırır.
«APA-Economics»in məlumatına görə, AYİB-in prezidenti Tomas Mirou bankın səhmdarlarına 2009-cu il üçün 7 mlrd. avroya qədər investisiya qoyuluşuna dair təklif göndərib. Bu məbləğ bankın fəaliyyət göstərdiyi müddətdə bir il üçün nəzərdə tutulan rekord sərmayə qoyuluşu olacaq.
AYİB bir qayda olaraq əlavə maliyyələşməni ən azı 2:1 nisbətdə kommersiya tərəfdaşlarından cəlb etdiyindən, 2009-cu ildə ümumi maliyyələşdirmə 20 mlrd. avronu üstələyə bilər.
Bankın yaydığı məlumata görə, xərclərin artım planı G-20 ölkələrinin beynəlxalq maliyyə təşkilatlarına noyabrın 15-də ünvanlandığı cari böhranla mübarizə məqsədi ilə tam güclərin səfərbər olunması ilə bağlı müraciətinə cavab olaraq irəli sürülüb. Bu plan 2009-cu il üzrə nəzərdə tutulan investisiya xərclərindən 1 mlrd. avro və ya mövcud plandan təxminən 20% çoxdur.
Əlavə investisiyalar 2009-cu ildə əsasən Qərbi Balkan, Qafqaz və Orta Asiyadakı zəif inkişaf edən iqtisadiyyatlara yönəldiləcək.
Qeyd edək ki, AYİB regionda fəaliyyət göstərən 100-ə qədər maliyyə təşkilatının səhmdarı və 200-dək təşkilatın kreditorudur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. dollardan artıq olan 50-dən çox investisiya layihələsi imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR