Bank Of Baku

Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı Moldova, Yaponiya və Koreya ilə apardığı danışıqlar yaxın vaxtlarda yekunlaşacaq

Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı Moldova, Yaponiya və Koreya ilə apardığı danışıqlar yaxın vaxtlarda yekunlaşacaq
# 21 noyabr 2008 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində daha iki ölkə - Qırğızıstan və Gürcüstanla aparılan ikitərəfli danışıqların nəticələrinə həsr olunmuş protokol qarşı tərəflə tam razılaşdırılıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Ədalət Muradov məlumat verib.
Ə.Muradovun sözlərinə görə, Qırğızıstanla protokolun elə bu gün Bakıda imzalanması mümkündür, Gürcüstanla isə sənədin imzalanma tarixi və yeri hələ razılaşdırılmalıdır.
Ə.Muradovun sözlərinə görə, bu məsələ ilə bağlı artıq Moldova ilə də razılıq demək olar ki, əldə olunub: «Sənəd razılaşma mərhələsinə çox yaxındır. Hazırda protokol razılaşdırılır».
Hazırda 20 ölkə ilə danışıqların aparıldığını xatırladan İİN səlahiyyətlisi bildirib ki, Yaponiya və Koreya danışıqların uğurlu nəticəsinə görə digər ölkələrdən daha irəlidədir. Bu iki dövlətlə aparılan danışıqların yaxın vaxtlarda yekunlaşacağı gözlənilir».
Ə.Muradovun sözlərinə görə, noyabrın 25-28-də Azərbaycanın ÜTT-yə üzvlük prosesi çərçivəsində Cenevrədə Yaponiya, Koreya, Ekvador və Braziliya ilə ikitərəfli danışıqlar aparılacaq.
Polşa ilə aparılan danışıqlara gəldikdə, Ə.Muradov qeyd edib ki, hələ bu ölkə ilə razılıq əldə olunmayıb: «Polşa Avropa İttifaqının üzvüdür. Biz də danışıqları ayrıca Polşa ilə deyil, Avropa İttifaqı ilə aparırıq».
Şöbə müdiri onu da əlavə edib ki, indiyədək Azərbaycan yalnız üç ölkə - Türkiyə, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə razılıq əldə edərək protokol imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR