Bank Of Baku

«UniBank» son bir ildə aktivlərini 30% artırıb

«UniBank» son bir ildə aktivlərini 30% artırıb
# 21 noyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2008-ci ilin noyabr ayının 1-nə 436,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 46% artaraq 335,6 mln. manata, fiziki şəxslərin depozitləri isə 33% artaraq 68,7 mln. manata çatıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 88% artaraq 66,686 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 58,594 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 8,092 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı, 52 bankomatı və 253 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR