Bank Of Baku

Bakıda Polşanın ÜTT-yə üzvlüyü ilə bağlı təcrübəsini öyrənmək məqsədilə seminar keçirilib

Bakıda Polşanın ÜTT-yə üzvlüyü ilə bağlı təcrübəsini öyrənmək məqsədilə seminar keçirilib
# 21 noyabr 2008 11:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) kənd təsərrüfatı sahəsində tələbləri və bu quruma üzv olduqdan sonra bu sahənin qorunması imkanları ilə bağlı Polşanın təcrübəsini öyrənmək məqsədilə seminar keçirilib. «APA-Economics»in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Ədalət Muradov bildirib ki, seminarda dövlət orqanları, QHT və elmi dairələrin nümayəndələri iştirak edib.
Şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycan ÜTT-yə üzv olmaq məqsədilə danışıqlar aparır: «Həmin danışıqlarda ən problemli məsələlərdən biri də kənd təsərrüfatıdır. Polşa kənd təsərrüfatı sahəsində təcrübəsi olan ölkədir. Ona görə də polşalı həmkarlardan kənd təsərrüfatı sahəsində ÜTT-nin tələbləri və ÜTT-ə üzv olduqdan sonra kənd təsərrüfatını müdafiə etmək imkanları haqda məlumat verməyi xahiş etmişik».
Polşanın Avropa İttifaqı və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini İzabella Levandovcka tədbir iştirakçılarına ÜTT-yə üzvlüklə bağlı kənd təsərrüfatının üç sahəsi üzrə öhdəlik götürüldüyünü bildirib. Polşa nümayəndəsinin sözlərinə görə, bunun biri bazara çıxış, o cümlədən gömrük rüsumlarının aşağı salınması, xüsusi müdafiə tədbirlərinin həyata keçirilməsidir. Qalan iki öhdəlik isə ixrac subsidiyası və ölkədaxili dəstəkdir.
ÜTT-yə 1995-ci ildən sonra üzv qəbul edildiklərini bildirən Polşanın Veterinar və Ərzaq Təhlükəsizliyi Departamentinin şöbə müdiri Albert Yurekin sözlərinə görə, ÜTT-yə üzv olan hər bir dövlət ərazisində heyvan və bitkilərin sağlamlığını qoruyan SPS tədbirləri həyata keçirməlidir. Bu tədbirlərin bir necə formada həyata keçirilə biləcəyini deyən A.Yurekin sözlərinə görə, onların icrası ölkədə ticarəti məhdudlaşdırmamalı və lazımsız əngəllər yaratmamalıdır: «SPS razılaşmalarının əsas məqsədlərindən biri fitosanitar tədbirlərin şəffaflığıdır. Bu, bir tərəfdən istehlakçının, digər tərəfdən ticarət tərfdaşının mənafeyini müdafiə edir. Üzv dövlətlər bir-birinə SPS tədbirləri barədə məlumat verməlidirlər. Bütün SPS tədbirlərində ərzaq təhlükəsizliyi öz əksini tapmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR