Bank Of Baku

Azərbaycanda əhalinin adambaşı gəlirləri yanvar-oktyabr aylarında 34% artıb

Azərbaycanda əhalinin adambaşı gəlirləri yanvar-oktyabr aylarında 34% artıb
# 21 noyabr 2008 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda əhalinin gəlirləri 2007-ci ilin eyni dövrü ilə müqayisədə 35,7% artaraq 16 504,2 mln. manat, gəlirlərin hər nəfərə düşən həcmi isə 34,2% artaraq 1 930,7 manat və ya ayda orta hesabla 193,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 65,2%-i əhali tərəfindən son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 25,8%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könülü üzlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 15 020,6 mln. manatlıq vəsait qalıb ki, bu da əvvəlki ildəkindən 37,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR