Bank Of Baku

Azərbaycanda bank aktivlərinin ÜDM-yə nisbəti azalır

Azərbaycanda bank aktivlərinin ÜDM-yə nisbəti azalır
# 21 noyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının aktivlərinin ÜDM-yə nisbəti 2008-ci ilin noyabr ayının 1-nə 30,6% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə 1,6 faiz bəndi azdır. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin sonunda isə bank aktivlərinin ÜDM-yə nisbəti 26,7%-ə bərabər olub.
Eyni zamanda qeyd olunmalıdır ki, ÜDM-in real artım tempi bank aktivlərinin tempindən daha yüksək olduğuna görə, ilin sonuna kimi aktivlərin ÜDM-yə nisbəti, adətən, düşür. Lakin cari ildə Azərbaycanda ÜDM-in artım templərinin kəskin azalması səbəbindən, aktivlərin ÜDM-yə nisbətinin ötən ilin göstəricisindən bir qədər yüksək olacağı gözlənilir.
Ümumilikdə, bu göstərici bankların ölkə iqtisadiyyatında payını əks etdirir, həmçinin ÜDM-in bank kredit və sərmayələri hesabına formalaşan hissəsi, bank kreditləri və sərmayələrinin dövretməsini nəzərə alaraq, ümumilikdə iqtisadiyyatın banklar hesabına maliyyələşmə səviyyəsini göstərir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bank aktivlərinin həcmi ÜDM-ni 1,5-2 dəfə üstələyir. İnkişafda olan ölkələrdə isə bu göstərici ÜDM-nin 60-70%-i səviyyəsindədir.
Azərbaycanda aktivlərin ÜDM-yə nisbətinin hələ də aşağı olması bir sıra amillərlə bağlıdır. Bu ilk növbədə banklarda uzunmüddətli maliyyə resurslarının olmaması və nəticədə bank likvidliyinin təmin edilməsi məqsədi ilə qısamüddətli kreditlərə və tez dövredən layihələrin maliyyələşməsinə üstünlük verilməsi ilə əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR