Bank Of Baku

«United Credit Bank» ilin əvvəlindən aktivlərini 33% artırıb

«United Credit Bank» ilin əvvəlindən aktivlərini 33% artırıb
# 21 noyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin ümumi həcmi 2008-ci ilin noyabr ayının 1-nə 32,7 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 37,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 1,3% azalaraq 8 mln. manat olub. Bankın cəlb etdiyi müddətli depozitlərin həcmi 5,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 20,3% çoxdur. Fiziki şəxslərdən cəlb edilən əmanətlərin həcmi bu ilin yanvar-oktyabr aylarında 25,1% artaraq noyabrın 1-nə 4,5 mln. manat, fiziki şəxslərdən qəbul edilən müddətsiz depozitlər isə 1,4 mln. manat təşkil edib.
Həmçinin, bankın kredit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 23,6% artaraq 22,7 mln. manata çatıb. Eyni zamanda istehlak kreditlərinin həcmi 9,0 mln. manat olub.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 13,3 mln. manat, nizamnamə kapitalı isə 12,108 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında bankın ümumi gəlirləri 3,9 mln. manat, o cümlədən faiz gəlirləri 3,4 mln. manat, qeyri-faiz gəlirləri isə 558,8 min manat olub.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR