Bank Of Baku

«Moody’s» agentliyi Azərbaycanın ən iri bankının reytinqini əvvəlki səviyyədə təsdiqləyib

«Moody’s» agentliyi Azərbaycanın ən iri bankının reytinqini əvvəlki səviyyədə təsdiqləyib
# 21 noyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqini «Baa2/Prime2» səviyyəsində təsdiqləyib. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bank ilk reytinqini 2006-cı ilin sonunda alıb.
Belə ki, ABB-nin milli valyutada uzunmüddətli reytinqi «Baa2», qısamüddətli reytinqi «Prime-2», xarici valyutada uzunmüddətli reytinqi isə «Ba2» səviyyəsində olub. Cari ilin iyulunda agentlik ABB-nin uzunmüddətli və qısamüddətli reytinqlərini təsdiqləyərək, dəyişmə proqnozunu «sabit»dən «müsbət»ə qədər yüksəldib.
Xatırladaq ki, ABB həmçinin «Fitch Ratings» agentliyi tərəfindən verilən reytinqə malikdir. Bu reytinq «BB+» səviyyəsindədir ki, bu da ötən ilin sentyabrında agentliyin reytinqinin «BB» səviyyəsindən bir pillə yüksəlməsinin nəticəsidir.
ABB-də qeyd ediblər ki, dünya maliyyə böhranı nəticəsində müxtəlif maliyyə qurumları, o cümlədən «Moody’s İnvestors Service» tərəfindən reytinqlərin aşağı salınması fonunda Beynəlxalq Bankın reytinqinin əvvəlki səviyyədə təsdiqlənməsi əhəmiyyətli hadisədir və bu, ABB-nin mövqelərinin möhkəmləndiyini əks etdirir.
Qeyd edək ki, bu günlərdə «Moody’s İnvestors Service» artıq iki Azərbaycan bankının reytinqləri üzrə proqnozları endirib. Belə ki, Agentlik «UniBank»ın xarici və milli valyuta ilə «B2» depozit reytinqi üzrə proqnozu daha əvvəl qiymətləndirdiyi «müsbət» səviyyəsindən «mənfiyə» endirib ki, bu da «UniBank»ın hazırda likvidlik vəziyyəti zəifləməsi və yenidənmaliyyələşdirmə riskinin artması kimi qiymətləndirilir.
Bundan başqa, «Moody’s» agentliyi «Bank Respublika»nın xarici və milli valyuta ilə «B2» uzunmüddətli depozit reytinqləri üzrə proqnozu daha əvvəl qiymətləndirdiyi «müsbət» səviyyəsindən «sabit»ə endirib. Agentliyin mütəxəssisləri bu qərarı «Bank Respublika»nın kreditlərə artan tələbatı və yaranan yenidənmaliyyələşdirmə riski ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR