Bank Of Baku

Asiya İnkişaf Bankı enerji strategiyası çərçivəsində Azərbaycana 1 mlrd. dollar sərmayə yatıracaq

Asiya İnkişaf Bankı enerji strategiyası çərçivəsində Azərbaycana 1 mlrd. dollar sərmayə yatıracaq
# 21 noyabr 2008 15:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu AİB-in departament müdirinin müavini Şon O’Sallivan bildirib.
AİB rəsmisinin sözlərinə görə, bu vəsait hesabına ölkədə mövcud elektrik verilişi xətləri yeniləşdiriləcək, Rusiya, İran və Gürcüstanla şəbəkə, həmçinin qaz ötürmə şəbəkəsi yenidən qurulacaq, qaza qənaət edilməsi üçün tədbirlər görüləcək.
Nəqliyyat strategiyasına uyğun olaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı üçün artıq AİB Azərbaycan üçün 500 mln. dollar kredit xətti açıb.
Ş.O’Sallivan qeyd edib ki, AİB hazırda icra olunan «Ölkə ilə əməkdaşlıq» strategiyası çərçivəsində infrastrukturun yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Hər il AİB Azərbaycana bu məqsədlə 200 mln. dollar vəsait ayırır. Gələn il AİB Azərbaycanda su və enerji sektoruna, 2010-cu ildə isə dəmir yoluna investisiya yatırmaq niyyətindədir.
AİB-in vitse-prezidenti Xiaoyu Jao (Xiaoyu Zhao) isə bildirib ki, AİB özəl sektora da kreditlər ayıracaq: «Məqsədimiz 2020-ci ilədək vəsaitlərimizin yarısını özəl sektora yönəltməkdir. Azərbaycanda xarici investisiyaların cəlb edilməsi üçün gözəl şərait mövcuddur».
Qeyd edək ki, AİB 1966-cı ildə yaradılıb. Hazırda banka 67 ölkə (48-i Asiya ölkəsidir) üzvdür. AİB 2007-ci ildə 10,1 mlrd. dollar kredit, 673 mln. dollar qrant və 243 mln. dollar texniki yardım ayırıb.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR