Bank Of Baku

Son 9 ayda Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 14% artıb

Son 9 ayda Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 14% artıb
# 22 noyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı Metropolitenindən 162,3 mln. sərnişin yararlanıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə metrodan yararlanan sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 13,9% çoxdur. Bu da onu göstərir ki, bu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır.

Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Bu ilin oktyabr ayında yeni «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni gələn il ərzində «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.
Xatırladaq ki, bu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR