Bank Of Baku

«Azərdəmiryolbank»in fiziki şəxslərin müddətli əmanətlər portfelinin həcmi son üç ayda 37% artıb

«Azərdəmiryolbank»in  fiziki şəxslərin müddətli əmanətlər portfelinin həcmi son üç ayda 37% artıb
# 24 noyabr 2008 06:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-ci ilin avqustundan təqdim etdiyi yeni depozit məhsullarının tətbiq olunduğu 3 ay ərzində fiziki şəxslərin müddətli əmanətlər üzrə portfeli 41,62 mln. manat təşkil edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni depozitlər üzrə ümumi dəyəri 15,29 mln. manat olan 1 170 depozit hesabı açılıb ki, bu da müddətli əmanətlər portfelinin 36,74% artmasına səbəb olub.
Xatırladaq ki, bu ilin avqust ayının 19-dan etibarən «Azərdəmiryolbank» əhaliyə 4 növ depozit məhsulu – göy, sarı, yaşıl və qırmızı əmanət növləri təqdim edib. Bu əmanətlər üzrə faiz gəlirləri müştərinin istəyindən asılı olaraq müddətin əvvəlində, sonunda və hər ay götürülə bilər. Bütün əmanətlər üzrə əmanətin 50-70% məbləğində kredit xətti açılır.
Qeyd edək ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalının «25%+1 səhm» zərfi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib.
Cari ilin oktyabr ayını 1-nə bankın aktivlərinin həcmi 226,6 mln. manat, kredit portfeli 171,7 mln. manat, depozit portfeli 63,91 mln. manat, məcmu kapitalı 34,13 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR