Bank Of Baku

Azərbaycanda indiyədək ümumi dəyəri 220 mln. manat olan 50 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib

Azərbaycanda indiyədək ümumi dəyəri 220 mln. manat olan 50 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib
# 24 noyabr 2008 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2008-ci il oktyabr ayının 1-dək ümumi dəyəri 219,9 mln. manat olan 49 977 kiçik müəssisə və obyekt özəlləşdirilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəlləşdirilən müəssisə və obyektlər arasında 946 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 591 tikinti təşkilatı, 3 933 ticarət, 1 131 iaşə müəssisəsi, 10 180 məişət xidməti, 698 yanacaq-doldurma məntəqəsi, 20 586 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 204 kommunal təsərrüfatı obyekti və 11 585 digər dövlət müəssisəsi, obyektləri və avadanlıqlar özəlləşdirilib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi dəyəri 33,9 mln. manat olan 1 499 kiçik müəssisə və obyekt özəlləşdirilib. Bu proses Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Naxçıvan Muxtar Respublikasında və Şəki, Lənkəran, Ağdaş, Qazax, Quba, Neftçala rayonlarında daha fəal aparılıb. Bununla yanaşı, 9 ay ərzində nizamnamə kapitalının həcmi 6,2 mln. manat olan 8 dövlət müəssisəsi, o cümlədən 4 tikinti, 1 sənaye, 1 kənd təsərrüfatı, 1 nəqliyyat və 1 digər müəssisə səhmdar cəmiyyətinə çevrilib.
Yanvar-sentyabr aylarında 607 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 12,5 mln. manat vəsait əldə edilib.
Hesabat dövründə səhmlərinin ümumi dəyəri 38,4 mln. manat olan 108 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılıb və onların 5,5 mln. manatlıq hissəsi satılıb. Bundan başqa, 1,4 mln. manatlıq səhmdar qapalı abunə yolu ilə əmək kollektivlərinə və çek hərraclarında, 4,1 mln. manat dəyərində olan səhmlər isə pullu auksionlarda satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR