Bank Of Baku

«Əmrahbank» gələn il «MasterCard»ın emissiyasına başlayacaq

«Əmrahbank» gələn il «MasterCard»ın emissiyasına başlayacaq
# 24 noyabr 2008 07:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin yanvarında 10 min ədəd «MasterCard» plastik kartı emissiya edəcək.
Bankın plastik kartlar departamentinin direktoru Elşən Cəfərovun «APA-Economics»ə verdiyi məlumata görə, kartlar bankın gələn il plastik kartlar və depozit məhsulları üzrə həyata keçirəcəyi kampaniyalar çərçivəsində hissə-hissə buraxılacaq. Hazırda «AustriaCard»ın Azərbaycan nümayəndəliyi tərəfindən kartların dizaynı hazırlanır.
E.Cəfərovun sözlərinə görə, emissiya olunacaq kartların 70%-i debet, 30%-i kredit kartları olacaq. Qeyd edək ki, kartların emissiyası «Azericard» Prossesinq Mərkəzi vasitəsi ilə həyata keçiriləcək.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 65,073 mln. manat, depozit portfeli 36,187 mln. manat, kredit portfeli 48,914 mln. manat, məcmu kapitalı 21,884 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Bankın respublika üzrə 23 filialı, 2 mübadilə məntəqəsi, 11 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR