Bank Of Baku

Azərbaycan yanvar-oktyabr aylarında ixracı 9,5 dəfə, idxalı isə 33% artırıb

Azərbaycan yanvar-oktyabr aylarında ixracı 9,5 dəfə, idxalı isə 33% artırıb
# 24 noyabr 2008 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində 40 088 640,9 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 885 464,3 min dollar, o cümlədən ixrac 45 987 052,6 min dollar, idxal isə 5 898 411,7 min dollar təşkil edib. Bu müddət ərzində ölkəyə 29 278,8 min dollar dəyərində əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yardım kimi daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın ixracı 9,5 dəfə, idxal isə 33,14% artıb.
Həmçinin, müvəqqəti ixrac rejimində Azərbaycandan 288 626,5 min dollar dəyərindən mal ixrac, 390 889,6 min dollar dəyərində mal isə müvəqqəti idxal olunub.
İxracın strukturunda əsas yeri xam neft (93,39%), neft məhsulları (3,81%), qara metallar və onlardan hazırlanan məmulatlar (0,48%), meyvə-tərəvəz (0,32%), alüminium və ondan hazırlanan məmulatlar (0,23%), kimya sənayesi məhsulları (0,22%), idxalda isə maşın və elektrik aparatları, elektrotexniki avadanlıqlar, onların hissələri (30,59%), nəqliyyat vasitələri və onların hissələri (17,42%), ərzaq məhsulları (12,33%), qara metallar və onlardan hazırlanan məmulatlar (9,50%), əczaçılıq məhsulları (1,51%), oduncaq və ondan hazırlanan məmulatlar (1,13%) və s. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda xarici ticarətlə 4 045 hüquqi, 7 180 fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarının 25,81%-i dövlət sektorunun, 63,90%-i özəl sektorun, 0,29%-i isə fiziki şəxslərin payına düşüb. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,95%, 71% və 5,05% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR