Bank Of Baku

Şigeo Katsu: «Dünya maliyyə böhranı Azərbaycana ciddi təsir etməyəcək»

Şigeo Katsu: «Dünya maliyyə böhranı Azərbaycana ciddi təsir etməyəcək»
# 24 noyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada müşahidə olan maliyyə böhranı Azərbaycanın büdcə gəlirlərinin həcmini azalda bilər. «APA-Economics»in məlumatına görə, bunu ötən həftə Bakıda səfərdə olan Dünya Bankının (DB) vitse-prezidenti Şigeo Katsu (Shigeo Katsu) bildirib.
Ş.Katsunun sözlərinə görə, maliyyə böhranı ilə bağlı əsasən neftin qiymətinin düşməsi Azərbaycana mənfi təsir göstərə bilər. Belə ki, neftin 1 barelinin qiymətinin 10 ABŞ dolları düşməsi ildə 3 mlrd. dollar ziyan deməkdir və bu, ölkənin büdcə gəlirlərinin azalmasına təsir göstərə bilər. Buna baxmayaraq, Ş.Katsu maliyyə böhranının Azərbaycana o qədər də ciddi təsir etməyəcəyini vurğulayıb.
Azərbaycan hökuməti və DB-nın birgə həyata keçirdiyi layihələrə gəldikdə isə, DB-nın vitse-prezidenti lazımi resurslar olduğuna görə, heç bir problemin yaranmayacağını bildirib: «Hazırda 186 ölkə DB-nın üzvüdür ki, bunların 100-ü borc alanlardır. Maliyyə böhranını nəzərə alaraq kreditləşmənin həcmi növbəti üç ildə 100 mlrd. dollaradək artırılacaq».
Ş.Katsu onu da bildirib ki, maliyyə böhranını nəzərə alaraq, DB qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da üzv ölkələrin özəl sektoruna diqqətini artıracaq.
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana təxminən 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR