Bank Of Baku

Azərbaycan banklarının xaricdən borc cəlb edə bilməməsi problemi daha bir il uzana bilər

Azərbaycan banklarının xaricdən borc cəlb edə bilməməsi problemi daha bir il uzana bilər
# 24 noyabr 2008 09:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bankları üçün 2009-cu il xarici borcalma baxımından çətin dövr olacaq. «APA-Economics»in məlumatına görə, bu, dünya maliyyə sistemi və bank sektorunda müşahidə olunan böhranın gələn il davam etməsi ilə bağlı proqnozlarla əlaqəlidir. Qeyd edək ki, dünyanın ttanınmış bank təşkilatlarından olan «Bank of America»nın rəhbəri Kennet Lyuis hesab edir ki, 2009-cu il dünya maliyyə sistemi üçün sərt il olacaq, halbuki kredit bazarlarında böhranı yaradan vəsaitlərin cəlb edilməsinin azalması prosesi artıq sona yaxınlaşır. Eyni zamanda, banklar öz ehtiyatlarını möhkəmləndirəcək və nəticədə, kredit bazarlarında gərginlik qalacaq.
Bununla yanaşı, dünya maliyyə sistemində böhrana qarşı görülən tədbir kimi konsolidasiya prosesi gələn il daha da fəallaşacaq ki, bu da kreditləşmənin bərpasını bir qədər ləngidəcək. Nəticədə, dünya maliyyə sistemində bərpa prosesləri problemsiz getdiyi halda da xarici banklar tərəfindən kreditləşmənin tezliklə ötən illərin səviyyəsinə çatdırılmasını gözləməyə dəyməz. Bu da Azərbaycandakı kommersiya banklarının xaricdən birbaşa cəlbetmə prosesini ən azı bir ilə təxirə sala bilər.
Qeyd edək ki, Azərbaycanın kommersiya banklarının xarici öhdəliklərinin həcmi hazırda 2 mlrd. dollar təşkil edir və bu, məcmu bank passivlərinin 20,1%-nə, məcmu öhdəliklərin isə 23,4%-nə (məcmu kapital (1,4 mlrd. manat) çıxıldıqdan sonra) bərabərdir. İnkişafda olan bank sistemi üçün bu, çox yüksək göstəricidir. Həmçinin, vurğulanır ki, burada ölkədəki bankların nizamnamə kapitalındakı xarici kapital nəzərə alınmayıb. Halbuki maliyyə böhranı həmin mənbələrdən də maliyyələşməni zəiflədə bilər.
Beləliklə, Azərbaycan kommersiya banklarının kreditləşmə qabiliyyəti azalır və bu azalma xaricdən birbaşa cəlbetmənin bərpa olunmasının ləngiməsi səbəbindən davam edəcək. Bu proses həmçinin xarici öhdəliklərin tədricən qaytarılması səbəbindən ölkədə kreditləşmənin səviyyəsini daha da azaldacaq.
Eyni zamanda qeyd olunmalıdır ki, maliyyə böhranı nəticəsində dünya bazarlarında institusional investorlar etibarlı və gəlirli investisiya alətləri axtarır. Bu səbəbdən hazırda xaricdən birbaşa borcalmanın dayandırılması şəraitində kütləvi borcalma üçün yeni fürsətlər yaranır. Lakin Azərbaycandakı kommersiya bankları hələ ki bu mənbədən, yəni xarici borc bazarlarına kütləvi borcalma məqsədi ilə çıxış imkanından istifadə etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR