Bank Of Baku

Azərbaycan ekspertləri Varşavada keçirilən beynəlxalq sığorta konfransında iştirak ediblər

Azərbaycan ekspertləri Varşavada keçirilən beynəlxalq sığorta konfransında iştirak ediblər
# 24 noyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin nümayəndələri Varşavada (Polşa) həyat sığortası ilə bağlı keçirilən IV Beynəlxalq Konfransda iştirak edib.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumat görə, tədbirdə şöbənin müdir müavinləri Elşad Məmmədov və Müşfiq İsrafilov, şöbənin sektor müdiri Mahir Abdullayev iştirak ediblər.
Azərbaycan nümayəndələrinin tədbirdə iştirakının əsas məqsədi həyat sığortası sahəsində Polşa təcrübəsindən yararlanmaqla bu təcrübənin Azərbaycanda tətbiq edilməsi perspektivlərinin araşdırılmasından ibarət olub.
Qeyd edək ki, tədbirdə Polşa, Rumıniya, ABŞ, İsveçrə, Rusiya və digər dövlətlərin qabaqcıl sığorta və təkrar sığorta şirkətləri, həmçinin sığorta nəzarəti orqanlarının nümayəndələri iştirak edib. Konfransda dünya maliyyə böhranı və onun sığorta, o cümlədən həyat sığortası bazarına təsirinin minimuma endirilməsi imkanlarının araşdırılması ilə bağlı məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR