Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarətində yanvar-oktyabr aylarında 570,6 mln. dollarlıq mənfi saldo yaranıb

Azərbaycanın MDB ölkələri ilə ticarətində yanvar-oktyabr aylarında 570,6 mln. dollarlıq mənfi saldo yaranıb
# 24 noyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində 40 659 217,9 min ABŞ dolları həcmində müsbət, MDB ölkələri ilə ticarətində isə 570 577 min dollar mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 44 593 787,3 min dollar, MDB ölkələrinə 1 393 65,3 min dollar dəyərində əmtəə ixrac, uzaq xarici ölkələrdən 3 9934 569,4 min dollar, MDB-dən 1 963 842,2 min dollar dəyərində əmtəə isə idxal olunub.
Bu müddətdə uzaq xarici ölkələrdən Azərbaycana əsasən mineral yanacaq, bitumlu minerallar, polimer materiallar və onlardan hazırlanan məmulatlar, qara metallar, üzvi kimyəvi birləşmələr, MDB ölkələrinə neft və neft məhsulları, bitumlu minerallar, qayıqlar və digər üzən vasitələr, heyvan və bitki mənşəli yağlar, meyvə ixrac, uzaq xarici ölkələrdən Azərbaycana avadanlıqlar və mexaniki qurğular, quru nəqliyyatı vasitələri, elektrik maşınları və onların hissələri, MDB ölkələrindən isə dənli bitkilər, quru nəqliyyatı vasitələri, avadanlıqlar və mexaniki qurğular, qara metallardan məmulatlar idxal olunub.
Azərbaycanın mal ixrac etdiyi ölkələr sırasında ilk üç yeri İtaliya (40,61%), ABŞ (12,42%), İsrail (7,41%), mal idxal etdiyi ölkələr sırasında isə bu yerləri müvafiq olaraq Rusiya (18,83%), Türkiyə (11,33%) və Almaniya (8,06%) tutub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda xarici ticarətlə 4 045 hüquqi, 7 180 fiziki şəxs məşğul olub. İxrac əməliyyatlarının 25,81%-i dövlət sektorunun, 63,90%-i özəl sektorun, 0,29%-i isə fiziki şəxslərin payına düşüb. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,95%, 71% və 5,05% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR