Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8091 manatdan 0,8099 manatadək dəyişib və bu müddət ərzində dolların məzənnəsi manata qarşı 0,1% artıb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,01%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,06%, nağd satış məzənnəsi isə 0,07% yüksəlib:
Göründüyü kimi, dolların məzənnəsi baxımından ötən həftə valyuta bazarı yüksək sabitliklə və məzənnənin cüzi miqdarda artması ilə yadda qalıb. Bu tendensiyanı bütün məzənnələrə aid etmək olar – paralellik müşahidə olunub. Eyni zamanda, son vaxtlar olduğu kimi, ötən həftə də avronun məzənnəsində kəskin qalxıb-enmə qeydə alınıb:
Ümumilikdə isə, ötən həftə ərzində dünya valyuta bazarlarında sabitlik qeydə alınıb. Avro/dollar «qarşıdurması» dəyişkən olub və nəticədə, həftə ərzində avro 0,2% bahalaşıb. Azərbaycanda bu tendensiya tam əksinə olub - avronun manata qarşı rəsmi məzənnəsi 0,4% enib, dollar isə 0,01% bahalaşıb.
Eyni zamanda qeyd olunmalıdır ki, ötən həftə birja ticarətinin kəskin azalması müşahidə olunub və bu, valyuta məzənnələrinin sabit qalmasının əsas səbəblərdən biridir.