Bank Of Baku

Azərbaycan Milli Bankı son bir ildə xalis xarici aktivlərini 37% artırıb

Azərbaycan Milli Bankı son bir ildə xalis xarici aktivlərini 37% artırıb
# 24 noyabr 2008 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) xalis xarici aktivləri 2008-ci ilin noyabr ayının 1-nə 4 815,4 mln. manat təşkil edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən mərkəzi bankın xalis aktivləri 36,5%, son bir ildə isə 40,7% artıb.
Bununla yanaşı, AMB-nin xalis xarici öhdəlikləri bu ilin noyabr ayının 1-nə 64,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 26%, son bir il ərzində isə 27,8% azalmanı göstərir. Beləliklə, AMB-nin xarici aktivləri xarici öhdəliklərini dəfələrlə üstələyir. Ümumilikdə, AMB-nin xalis xarici aktivləri son 8 ildə 19 dəfə artıb (2000-ci ildə bu göstərici 248 mln. manata bərabər olub).
AMB-nin məcmu beynəlxalq aktivləri noyabrın 1-nə 4 882,4 mln. manat təşkil edib. Bu göstərici cari ilin əvvəlindən 35,2%, son bir ildə isə 40,1% artıb.
Həmçinin qeyd edək ki, AMB-nin xalis xarici aktivlərinin həcmi oktyabr ayında 76,2 mln. manat təşkil edib və bu, cari ildəki orta aylıq artımdan (128,8 mln. manat) 41% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR