Bank Of Baku

Azərbaycanda daha 18 sığorta mütəxəssisinə aktuari sertifikatı təqdim olunub

Azərbaycanda daha 18 sığorta mütəxəssisinə aktuari sertifikatı təqdim olunub
# 24 noyabr 2008 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Maliyyə Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) aktuarilərin sertifikatlarla təltif edilməsi mərasimi keçirilib. «APA-Economic»in məlumatına görə, tədbirdə 18 iştirakçı hazırlıqlı aktuarilər kimi ilkin beynəlxalq sertifikatla mükafatlandırılıb və bunların 6-sı peşəkar sertifikat alıb.
Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilovun sözlərinə görə, iştirakçılar kurslarını yekunlaşdıraraq imtahanları müvəffəqiyyətlə başa çatdırıblar. Gələcəkdə də bu cür təlimlərin həyata keçirilməsi üçün Maliyyə Nazirliyi daim dəstək göstərəcək.
Qeyd edək ki, tədbirdə USAID-in Azərbaycan üzrə baş iqtisadçısı Pol Devis, ASA-nın icraçı direktoru Qafar Məcidov və xaricdən dəvət olunmuş baş təlimçi Maykl Sze iştirak ediblər.
Xatırladaq ki, təlimlər aktuari sertifikatlaşdırma təlimçisi Maykl Sze və Qazaxıstan Aktuari Cəmiyyətinin (QAC) təcrübəli təlimçiləri tərəfindən aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR