Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanın avtomobil sığortası bazarında təsir edə bilər

Dünya maliyyə böhranı Azərbaycanın avtomobil sığortası bazarında təsir edə bilər
# 24 noyabr 2008 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın avtomobil sığortası bazarına mənfi təsir göstərə bilər. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov bildirib.
N.Xəlilovun sözlərinə görə, maliyyə böhranının təsiri özünü əsasən Azərbaycanın sığorta xidmətləri bazarında, xüsusən də avtomobil sığortası növləri üzrə daxilolmaların azalması formasında büruzə verə bilər: «Bu böhranın avtomobil sığortası növlərindən başqa sığorta bazarının digər seqmentlərinə təsiri olmayacaq. Hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri öz xərclərinə yenidən baxmaqla bu istiqamətdə müəyyən hazırlıq işləri görür. Mövcud şəraitdə isə maliyyə böhranın sığorta sahəsinə necə təsir etdiyini görə bilmirik. Böhranla bağlı əsas proseslər bu ilin sonuncu rübündə görünəcək».
N.Xəlilov həmçinin bildirib ki, sığorta daxilolmalarında baş verəcək azalma bütün sığorta şirkətlərinə aid olmayacaq. Çünki elə sığorta şirkətləri var ki, onların məcmu daxilolmalarında avtomobil sığortası növlərinin xüsusi çəkisi yüksək deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR