Bank Of Baku

Pol Devis: «USAID gələn il Azərbaycan üzrə büdcəsini azaltmayacaq»

Pol Devis: «USAID gələn il Azərbaycan üzrə büdcəsini azaltmayacaq»
# 24 noyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2009-cu il üçün Azərbaycan üzrə büdcəsi cari ilin nəzərdə tutulan büdcədən az olmayacaq. «APA-Econmics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında USAID-nin Azərbaycan üzrə baş iqtisadçısı Pol Devis bildirib.
P.Devisin sözlərinə görə, hazırda təşkilatın Azərbaycan üzrə növbəti ilin büdcəsinin layihəsi Vaşinqtondakı baş ofisdə müzakirə edilir. Glən ildə də ayrılacaq vəsaitin iqtisadi, demokratiya və səhiyyə layihələrinin maliyyələşdirilməsinə sərf edilməsi planlaşdırılır.
Qeyd edək ki, USAID-in Azərbaycan üzrə 2008-ci il büdcəsi 13 mln. ABŞ dolları həcmində müəyyənləşdirilib.
Xatırladaq ki, USAID 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. dollar məbləğində yardım göstərib. Qurum makro-iqtisadi sabitliyə nail olunma, ictimai sektora aid məsrəflərin səmərəliliyinin artırılması, mikro, kiçik və orta müəssisələr ilə maliyyə sektoru arasında əlaqələrin təkmilləşdirilməsi və s. layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR