Bank Of Baku

«Muğan Bank» SKB «MasterCard» sisteminə aid plastik kartların emissiyasına başlayıb

«Muğan Bank» SKB «MasterCard» sisteminə aid plastik kartların emissiyasına başlayıb
# 25 noyabr 2008 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) «MasterCard» beynəlxalq ödəniş sistemi üzrə plastik kartların emissiyasına başlayıb.
Bankın audit komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, emissiya çərçivəsində bank «MasterCard Standard», «MasterCard Gold», «MasterCard Platinum» və «MasterCard Business» kartlarını buraxacaq.
Z.Hacıyevin sözlərinə görə, bu kartlar «VISA» plastik kartları ilə eyni funksiyalara malik olmaqla, sifarişlərin həcmindən asılı olaraq buraxılacaq: «Bu plastik kartlar vasitəsi ilə respublika daxilində, həmçinin dünyanın 200 ölkəsində bankomatlardan nağd pul çıxarmaq, ticarət, xidmət mərkəzlərində malların, xidmətlərin haqqını nağdsız şəkildə ödəmək mümkündür. Bununla yanaşı, kartlardan ilə elektron ödəniş həyata keçirmək üçün də istifadə oluna bilər».
Qeyd edək ki, bank tərəfindən 11 min plastik kart emissiya olunub və bunun 80%-i kredit, 20%-i isə debet kartlarıdır. Bank «MasterCard»la yanaşı «Visa İnternational» ödəniş sisteminin üzvüdür. İndiyədək «Visa İnternational» sistemi üzrə 5 min plastik kart emissiya olunub.
Xatırladaq ki, təsisçisi 4 fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib.
Bankın respublika üzrə 23 filialı, 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR