Bank Of Baku

Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsini təsdiqləyib

Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsini təsdiqləyib
# 25 noyabr 2008 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Mili Məclisin sədri Oqtay Əsədov iclasda büdcə layihəsi ilə bağlı çıxış edib. Spiker bildirib ki, ölkədə inkişaf gedir və bu, özünü büdcədə də göstərir. Son 5 ildə Azərbaycanda 730 min yeni iş yeri açıldığını bildirən spiker bunun 530 mininin daimi olduğunu bildirib.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov parlamentdə səslənən təkliflərdən sonra büdcə layihəsinə edilən düzəlişlər barədə məlumat verib. Nazir bildirib ki, bəzi təklifləri reallaşdırmaq mümkün olmadığı üçün nəzərə alınmayıb. Eyni zamanda, ayrı-ayrı xərclərin tənzimlənməsi ilə bağlı müəyyən vəsaitlərin ayrılması nəzərdə tutulub. S.Şərifov dünyada müşahidə olunan maliyyə böhranının da büdcə layihəsində nəzərə alındığını deyib. Nazir qeyd edib ki, hökumət maliyyə böhranı davam edəcəyi təqdirdə öz əlində manevr imkanları saxlayıb.
İclasda həmçinin büdcə zərfinə daxil olan digər qanun layihələri də səsə qoyularaq təsdiqlənib.
Xatırladaq ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsində gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR