Bank Of Baku

Azərbaycan Milli Bankı: İstehlak kreditlərinin yüksək xüsusi çəkisi bankların apardığı kredit siyasətinin nəticəsidir

Azərbaycan Milli Bankı: İstehlak kreditlərinin yüksək xüsusi çəkisi bankların apardığı kredit siyasətinin nəticəsidir
# 25 noyabr 2008 12:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktiv və öhdəliklərin strukturu məqbul formadadır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.
Qeyd edək ki, hazırda Azərbaycandakı bankların məcmu aktivlərinin böyük hissəsi, təxminən 65-70%-i kreditlərin payına düşür, kredit portfelində isə 37%-i istehlak kreditləri təşkil edir. Öhdəliklər üzrə isə bir sıra bankda depozitlərin xüsusi çəkisi 20%-dən də aşağıdır.
«APA-Economics»in 2008-ci ilin yanvar-sentyabr ayları üzrə hazırladığı bank renkinqlərinə əsasən, 20-dən artıq bankda kreditlərin aktivlərdə xüsusi çəkisi 70%-i, təxminən 20 bankda istehlak kreditlərinin ümumi kredit portfelində xüsusi çəkisi isə 30%-i ötür.
AMB rəsmisinin sözlərinə görə, hazırda müşahidə olunan kreditlərin aktivlərdə və istehlak kreditlərinin kreditlərdə xüsusi çəkiləri həm bankların daxilində aparılan kredit siyasətinin nəticəsidir, həm də ümumilikdə bazarda olan vəziyyətlə bağlıdır. Belə ki, kreditlərin aktivlərdə böyük paya malik olması hazırda bu əməliyyatların bazarda digər bank əməliyyatlarına nisbətən daha gəlirli olması ilə izah oluna bilər. İstehlak kreditlərinin çoxluğu isə bankların müxtəlif sahələrdə ixtisaslaşmasının nəticəsidir. R.Orucov Milli Bankın bu proseslərə müdaxilə etmədiyini vurğulayaraq qeyd edib ki, AMB yalnız müxtəlif normaların icra olunmasını və risklərin idarə edilməsinin yüksək səviyyədə olmasını tələb edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR