Bank Of Baku

Azərbaycan-Liviya hökumətlərarası komissiyanın iclasının yekunlarına dair sənəd imzalanacaq

Azərbaycan-Liviya hökumətlərarası komissiyanın iclasının yekunlarına dair sənəd imzalanacaq
# 25 noyabr 2008 12:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda Azərbaycan-Liviya hökumətlərarası komissiyanın ilk iclasında müzakirə olunacaq məsələlərin razılaşdırılması üzrə işçi qrupun iclası keçirilir. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, komissiyanın iclası noyabrın 26-də keçiriləcək. Məlumata görə, iclasda Azərbaycan-Liviya əməkdaşlığının bütün sahələri üzrə müzakirələr aparılacaq, iclasın sonunda sənəd imzalanacaq.

Qeyd edək ki, hökumətlərarası komissiyaya Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə onun liviyalı həmkarı Məhəmməd Ömər Əl-Bərrani rəhbərlik edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR