Bank Of Baku

Azərbaycan Milli Bankı banklarda minimal məcmu kapitalın yetərliliyi ilə bağlı qiymətləndirməni davam etdirir

Azərbaycan Milli Bankı banklarda minimal məcmu kapitalın yetərliliyi ilə bağlı qiymətləndirməni davam etdirir
# 25 noyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən bank təşkilatlarında minimal məcmu kapitalın yetərliliyi ilə bağlı apardığı qiymətləndirməni davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.
R.Orucovun sözlərinə görə, qiymətləndirmədən keçməyən 7 bank təşkilatı qalıb ki, hazırda onlarla fərdi qaydada iş aparılır. Həmin bankların adlarını çəkmək istəməyən R.Orucov bəzi bank təşkilatlarının bu istiqamətdə irəliləyiş əldə etdiklərini vurğulayıb: «Hazırda həmin bankların lisenziyası məhdudlaşdırılıb. Belə ki, bu banklar konkret olaraq əhali tərəfindən əmanət cəlb edə bilməz».
Qeyd edək ki, hazırda AMB tərəfindən lisenziyası məhdudlaşdırılan bankların sırasına «Debut Bank», «Silkway Bank», «AvroBank», «Birlik Bank», «Kredo Bank», «Kövsər Bank» və «AF-Bank» daxildir.
Xatırladaq ki, hazırda Azərbaycanda 45 bank təşkilatı fəaliyyət göstərir. AMB tərəfindən bankların minimal məcmu kapitalına qoyulan tələb 10 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR