Bank Of Baku

Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz limiti artırıla bilər

Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz limiti artırıla bilər
# 25 noyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sığortalanmaya aid olan bank əmanətlərinin faiz dərəcələri üzrə limit qaldırıla bilər. Hazırda «Əmanətlərin sığortalaması haqqında» qanuna əsasən, əmanətlərin cəlb edildiyi günə Azərbaycan Milli Bankının (AMB) uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilən əmanətlər bu qanun tərəfindən qorunan əmanətlərə aid edilmir. Beləliklə, hazırda bu faiz limiti 18% təşkil edir (uçot dərəcəsi 10%-ə bərabərdir). Lakin məlumdur ki, hazırda Azərbaycanda bir sıra banklar, o cümlədən geniş əmanət bazasına malik olan banklar öz müştərilərinə 18%-dən yuxarı faiz dərəcəsinə malik olan əmanətlər təklif edir. Nəticədə, əmanətlərin bir hissəsi sığortalamadan kənar qalır.
«APA-Economics»in məlumatına görə, bu məsələ ilə bağlı öz yanaşmasını bildirən AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov və Pul siyasəti Departamentinin direktoru Xaqani Abdullayev keçirdikləri birgə mətbuat konfransında bildiriblər ki, hazırda bu limitin artırılması məsələsi baxılmaqdadır. Eyni zamanda, sığortalanan əmanətlərin həcm limiti də artırıla bilər. Xatırladaq ki, hazırda əmanətlər üzrə kompensasiyanın 2009-cu il yanvarın 1-dək əmanət məbləğinin 100%-i, lakin 6 min manatdan çox olmamaq, 2010-cu il yanvarın 1-dək əmanət məbləğinin 100%-i, lakin 8 min manatdan çox olmamaq şərti ilə ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun cari ilin III rübü üzrə hazırladığı hesabata əsasən, təqvim haqları 918 min AZN, 911 min ABŞ dolları, 153 min avro təşkil edib. İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 9,421 mln. manat təşkil edib. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1,731 mlrd. manat, o cümlədən qorunmayan əmanətlər 268 mln. manat olub. Qorunan əmanətçilərin sayı 1 275 540 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR