Bank Of Baku

Azərbaycanda milli fond bazarının inkişafına dair tədbirlər planı hazırlanır

Azərbaycanda milli fond bazarının inkişafına dair tədbirlər planı hazırlanır
# 25 noyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) milli fond bazarının inkişaf etdirilməsi məqsədi ilə islahatlar proqramı və tədbirlər planı hazırlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, bir tərəfdən dünyada müşahidə olunun maliyyə böhranı Azərbaycanın qiymətli kağızlar bazarının inkişafını ləngidə bilər, digər tərəfdən isə maliyyə böhranı QKDK-da islahatların aparılması üçün əlavə vaxt və şərait yaradır: «Bizim qarşımızda konkret məsələlərin həlli dayanıb. Biz geniş miqyaslı islahatlar proqramını həyata keçirmək niyyətindəyik ki, artıq bu proqramın işlənməsinə başlanılıb».
R.Aslanlı həmçinin bildirib ki, proqramın işlənməsi üçün QKDK ölkənin qiymətli kağızlar bazarının qiymətləndirilməsini aparacaq: «Bura qanunvericilik, infrastruktur, bazar iştirakçılarının hazırlığı, müəssisələrin bazardakı fəaliyyəti daxil olacaq ki, bu qiymətləndirmədən sonra bazarın əsas problemləri məlum olacaq».
QKDK sədri onu da qeyd edib ki, islahatlar çərçivəsində qiymətli kağızlar bazarı iştirakçıları, potensial investorlar arasında maarifləndirmə işləri aparılacaq, habelə fond bazarında mövcud alətlərin çeşidi genişləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR