Bank Of Baku

Belarus Valyuta Fond Birjasının nümayəndə heyəti Bakı Banklararası Valyuta Birjasında görüş keçirib

Belarus Valyuta Fond Birjasının nümayəndə heyəti Bakı Banklararası Valyuta Birjasında görüş keçirib
# 25 noyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Belarus Valyuta Fond Birjasının (BVFB) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Banklararası Valyuta Birjasında (BBVB) görüş keçirib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BVFB-nin nümayəndə heyətinin tərkibinə həmin qurumun rəhbəri vəzifəsini icra edən xanım Anna Nesteroviç, habelə müddətli və valyuta bazarlarının idarə edilməsi üzrə idarəsinin mütəxəssisi xanım Natalya Kurskova və klirinq və depozit fəaliyyəti idarəsinin mütəxəssisi Yelena Maşanova daxildir. Görüşdə BFVB-nin nümayəndələri BBVB-nin fəaliyyəti, iş prinsipləri və Azərbaycanın maliyyə sistemində oynadığı rolu ilə tanış olublar. BBVB tərəfindən qonaqlara Birja Elektron Sistemində Ticarət (BEST) və Mütəşəkkil Banklararası Kredit Bazarı sistemlərinin təqdimatı keçirilib.
Görüş çərçivəsində həmçinin ikitərəfli əlaqələrin saxlanması, BBVB-nin inkişafı üçün əsas istiqamətlər və əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR