Bank Of Baku

Azərbaycan Milli Bankı: Pul-kredit siyasətinin yumşaldılması effekt verir

Azərbaycan Milli Bankı: Pul-kredit siyasətinin yumşaldılması effekt verir
# 25 noyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) tərəfindən uçot dərəcəsinin son azaldılması ilə bağlı son kompleks qərarının effekti əsasən banklar üçün ehtiyat normalarının endirilməsi nəticəsində müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin Pul siyasəti Departamentinin direktoru Xəqani Abdullayev bildirib.
X.Abdullayevin sözlərinə görə, daxili öhdəliklər üzrə ehtiyat normalarının azaldılmasının hər 1%-i təxminən 30 mln. manat həcmində vəsaitin bank sistemində qalmasına səbəb olur. Bundan əlavə, xarici öhdəliklər üzrə azalma daha 120 mln. manatı bank sisteminə «qaytarır». Beləliklə, ehtiyat normalarının aşağı salınması nəticəsində bank sistemində 220 mln. manat həcmində vəsait sərbəstləşib.
Bundan başqa, uçot dərəcəsinin azaldılması bankların kreditlər üzrə faiz dərəcələrinə təsir edib. Bunu qeyd edən X.Abdullayev bildirib ki, banklar tərəfindən verilən kreditlər üzrə il ərzində tədricən artan faiz dərəcələri uçot dərəcəsinin endirilməsi barədə qərar qüvvəyə mindikdən (2008-ci il noyabrın 3-dən) sonra sabitləşib və hazırda orta hesabla illik 18,2% təşkil edir.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev bu keçirilən mətbuat konfransında uçot dərəcəsinin dekabrda da endiriləcəyi barədə məlumat verib.
Qeyd edək ki, uçot dərəcəsinin endirilməsi kredit resurslarının ucuzlaşdırmasına yönəldilən pul-kredit siyasətinin yumşaldılması mexanizmlərindən biridir.
Noyabrın 3-dən AMB uçot dərəcəsini 12%-dən 10%-ə, faiz dəhlizinin yuxarı həddini 17%-dən 15%-ə, dəhlizin aşağı həddini 3%-dən 1%-ə, bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normalarını 12%-dən 9%-ə, bankların xarici öhdəliklər üzrə məcburi ehtiyat normasını 5%-dən sıfıra endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR