Bank Of Baku

Azərbaycan Milli Bankı likvidliyin təmin edilməsi üçün «UniBank»a kredit ayırıb

Azərbaycan Milli Bankı likvidliyin təmin edilməsi üçün «UniBank»a kredit ayırıb
# 25 noyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) cari likvidliyin təmin edilməsi məqsədi ilə «UniBank» Səhmdar Kommersiya Bankına (SKB) 50 mln. manat həcmində mərkəzləşdirilmiş kredit ayırıb. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib.
A.Babayevin sözlərinə görə, kredit «UniBank»a 6 ay müddətinə ayrılıb və zərurət yaranarsa, bu müddətin uzadılması da mümkündür.
Lakin AMB rəsmisi mərkəzləşdirilmiş kreditin faiz dərəcəsini açıqlamayıb.
Xatırladaq ki, bu ilin noyabr ayının 3-dən etibarən ölkədə uçot dərəcəsi 10%-dək azaldılıb.
Qeyd edək ki, bu günlərdə «Moody’s İnvestors Service» agentliyi «UniBank» SKB-nin xarici və milli valyuta ilə «B2» depozit reytinqi üzrə proqnozu daha əvvəl qiymətləndirdiyi «müsbət» səviyyəsindən «mənfiyə» endirib. Bu, «UniBank»ın hazırda likvidlik vəziyyətinin zəifləməsi və yenidənmaliyyələşdirmə riskinin artması kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR