Bank Of Baku

Xəqani Abdullayev: «Azərbaycanda pul kütləsi iqtisadiyyatın tələbatını təmin edir»

Xəqani Abdullayev: «Azərbaycanda pul kütləsi iqtisadiyyatın tələbatını təmin edir»
# 25 noyabr 2008 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda Azərbaycanda pul kütləsinin həcmi iqtisadiyyatın cari tələbatını tam təmin edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) Pul siyasəti Departamentinin direktoru Xəqani Abdullayev bildirib.
X.Abdullayev qeyd edib ki, istehsalla təmin olunmayan pul kütləsinin artımı inflyasiyanı sürətləndirir və bu səbəbdən bu məsələyə ehtiyatla yanaşmaq lazımdır.
Eyni zamanda X.Abdullayev Azərbaycanda hazırkı monetləşmə səviyyəsini məqbul hesab edir. Xatırladaq ki, cari ilin oktyabrın birinə pul kütləsinin M2 aqreqatının həcmi 5 514,5 mln. manat, ÜDM-in həcmi isə 30 370,4 mln. manat, iqtisadiyyatın monetləşmə səviyyəsi isə 18,2% təşkil edib.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu əmsal 90-120% təşkil edir, inkişafda olan ölkələr üçün bu əmsal 70%-dən aşağı olmamalıdır, lakin əksər ölkələr bu göstəriciyə nail ola bilmir.
İqtisadiyyatın monetləşmə əmsalı iqtisadiyyatın pulla təmin olunması səviyyəsini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR