Bank Of Baku

Azərbaycan Milli Bankı: Ölkədəki banklar kreditləşməni dayandırılmayıb

Azərbaycan Milli Bankı: Ölkədəki banklar kreditləşməni dayandırılmayıb
# 25 noyabr 2008 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar kreditləşmə prosesini davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.
R.Orucovun sözlərinə görə, noyabrın əvvəlindən banklar tərəfindən 400 mln. manat həcmində yeni kreditlər verilib, kredit alanların sayı isə təxminən 48 min nəfərdir. Ayrılmış kreditlərin 96 mln. manatı istehlak kreditlərin payına düşür.
Bununla belə AMB rəsmisi ölkədə müxtəlif səbəblərlə, o cümlədən dünya maliyyə böhranı və Azərbaycan banklarının maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı kreditləşmənin dayandırılması haqqında yayılan xəbərlər təkzib edib.
Qeyd edək ki, bankların məcmu kredit qoyuluşlarının (vaxtı keçmiş kreditləri istisna olmaqla) həcmi 2008-ci il noyabrın 1-nə 6 522,7 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,1% çox olsa da, oktyabr ayında artım tempi cəmi 1,2% təşkil edib. AMB rəhbərliyi artım tempinin azalmasını normal hal kimi qiymətləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR