Bank Of Baku

Azərbaycan Milli Bankı ilə USAİD arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Milli Bankı ilə USAİD arasında anlaşma memorandumu imzalanıb
# 25 noyabr 2008 15:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Milli Bankı (AMB) ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında «Maliyyə sektorunun sabitliyi Proqramı» üzrə birgə maliyyələşdirməyə dair anlaşma memorandumu imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi Azərbaycan tərəfindən AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov, ABŞ tərəfindən isə Bakıda səfərdə olan USAİD-in administratoru və ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta H. For imzalayıb.
E.Rüstəmovun sözlərinə görə, proqramın əsas məqsədi AMB-nin risk yönümlü nəzarət sistemi, insan ehtiyatlarının idarə edilməsi və informasiya texnologiyaları sistemlərini daha da genişləndirmək, həmçinin AMB-nin makro-maliyyə analiz potensialını təkmilləşdirməkdir. Birgə maliyyələşdirmə çərçivəsində USAİD tərəfindən 4 mln. ABŞ dolları, AMB isə 750 min dollar həcmində maliyyə dəstəyi göstərəcək.
«Azərbaycan müstəqillik əldə edəndən sonra ABŞ ölkəmizə hər zaman dəstək olub. Bu dəstək demokratiya, səhiyyə, xüsusən də maliyyə sektorunu əhatə edib. İmzalanmış bu memorandum qarşılıqlı məkdaşlığın inkişafının davam etdiyini göstərir. Memoranduma görə, Milli Bank üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirəcək», - deyə E.Rüstəmov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR