Bank Of Baku

Azərbaycanda bank sektorunun maliyyə vəsaitləri ilə dəstəklənməsi məqsədilə məsləhətləşmələr aparılır

Azərbaycanda bank sektorunun maliyyə vəsaitləri ilə dəstəklənməsi məqsədilə məsləhətləşmələr aparılır
# 25 noyabr 2008 15:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, bunun nəticəsində banklar ödəmə qrafiklərini nəzərə alaraq, özlərində tələb olunan həcmdə likvidlik toplayır. Bu proses həmçinin əmanətçilərin qarşısında olan öhdəliklərinə də aiddir ki, hazırda banklarda olan likvid vəsaitlərin həcmi əmanətlərin həcminə bərabərdir.
E.Rüstəmov vurğulayıb ki, bank sektorunda kredit fəallığının bərpası üçün bank sektoruna dəstək lazım olacaq və hazırda Milli Bank bu istiqamətdə hökumətlə məsləhətləşmələr aparır.
Milli Bank rəhbəri qeyd edib ki, Azərbaycanın yüksək likvidliyə malikdir və bu göstəriciyə görə ən yüksək likvidliyə malik olan ölkələrin sırasındadır. Belə ki, ölkənin xarici kreditor mövqeyi təxminən 11 mlrd. ABŞ dolları təşkil edir və bu, məcmu xarici borcdan 2,3 dəfə çoxdur. Belə olan halda AMB həm iqtisadiyyata, real sektora, həm də bank sektorunun cari likvidliyini təmin etmək iqtidarındadır.
E.Rüstəmovun sözlərinə görə, məhz bu prosesin mexanizm və üsulları aparılan məsləhətləşmələrin predmetidir: «Dövlətin likvidliyi var və məntiqli olacaq ki, biz bu likvidliyi verək. Hazırda kredit aktivliyi azalıb. Lakin kreditlərin həcmi artsa da, artım templəri azalır və biz hesab edirik ki, kredit aktivliyini qaldırmağa ehtiyac var», - deyən AMB sədri həmçinin qeyd edib ki, hazırda bu prosesdə əsas vəzifələrdən biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsidir. Bu məqsədlə cari ilin sonunda və gələn ilin əvvəlində pul-kredit siyasətinin yumşaldılmasının davam etdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR