AYİB: Azərbaycanda qlobal maliyyə böhranının təsiri artan meyllə hiss olunacaq
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, mövcud qlobal iqtisadi tənəzzül və maliyyə bazarlarında müşahidə olunan narahatlıq səbəbindən 2009-cu ildə Bankın fəaliyyət göstərdiyi regionda inkişaf göstəricilərinin səviyyəsi əhəmiyyətli dərəcədə enəcək. Bu səbəbdən AYİB sərmayə qoyduğu ölkələrdə bank sistemlərinin fəaliyyətinin tarazlaşdırılmasını prioritet məsələ kimi müəyyən etməyə çağırır.
İqtisadi meylləri və AYİB-in fəaliyyət göstərdiyi ölkələrdə islahatların aparılması ilə bağlı irəliləyişləri əks etdirən Bankın 2008-ci il üzrə keçid dövrünə dair hesabatında ümumi iqtisadi inkişaf göstəricisinin 2007-ci ildə müşahidə olunan 7,5%-dən 2008-ci ildə 6,3%-ə, 2009-cu ildə isə 3%-ə enəcəyi proqnozlaşdırılırdı.
AYİB-in hesablamalarına görə, mərkəzi Avropa və Baltik ölkələrində inkişaf tempi keçən il müşahidə olunan 6,3%-dən 2008-ci ildə 4,3%-ə, 2009-ci ildə isə 2,2%-ə enəcək. Cənub-Şərqi Avropa ölkələrində inkişaf göstəriciləri 2007-ci ildəki 6,2%-dən cari ildə 6,5%-ə yüksələcək, növbəti ildə isə 3,1%-ə enəcək. MDB və Monqolustanda cari il ərzində inkişaf göstəricisinin 8,5%-dən 7,3%-ə, 2009-cu ildə isə 3,4%-ə düşəcəyi proqnozlaşdırılır.
Azərbaycana gəldikdə isə, 2007-ci ildə iqtisadiyyatda müşahidə olunan 23,4% artımdan sonra, 2008-ci ildə artım göstəricisinin 20%, 2009-cu ildə isə 15% təşkil edəcəyi gözlənilir.
AYİB-in aparıcı iqtisadiyyatçısı xanım Anita Tasinin fikrincə, Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik olan ölkə və ilin ən öndə gedən islahatçısı adını qazanıb. Lakin burada qlobal maliyyə böhranının təsiri artan meyllə hiss olunacaq. Xarici sərmayələr üçün mənbələr əhəmiyyətli dərəcədə azalacaq və ixraca tələbatın azalması və neft və qaz qiymətlərinin enməsi Azərbaycanın iqtisadi inkişafına öz mənfi təsirini göstərəcək.
Keçid dövrünə dair hesabatda qeyd edilib ki, növbəti il ərzində regionda xarici maliyyələşdirmə göstəricilərinin səviyyəsi kəskin endiyi təqdirdə inkişaf tempinin daha da səngiməsi riski mövcuddur. Burada qeyd edilir ki, fərdi olaraq, bir sıra ölkələr yüksək xarici valyuta borcları ilə müşahidə olunan artıq cari hesab kəsirlərini idarə etməyə davam edir və bu səbəbdən də kapital axınının həcmi qəflətən azaldıqda onlar hasilat həcminin əhəmiyyətli dərəcədə azalması ilə üzləşəcək.
Hesabatın qlobal kredit böhranının regiona olan təsirinə dair ayrıca bölməsində qeyd edilib ki, ümumi maliyyə mühitində vəziyyətin pisləşməsi hazırda kreditin genişlənməsində davamlı və əhəmiyyətli tənəzzül ilə nəticələnə bilər. Hesabatda həmçinin xəbərdarlıq edilir ki, belə olduğu təqdirdə, keçid dövründə olan regionda iqtisadiyyatın ümumi inkişafı üçün nəticələr ağır olacaq.
Hesabatda həmçinin qeyd edilib ki, bir sıra faktorlar sadalanmış ən əlverişsiz proqnozların qarşısının alınması və ya ən azı təsirlərin aradan qaldırılması üçün regiona yardım edə bilər. Siyasətlərin çevikliyinin artırılması üçün siyasətə daha geniş müdaxilələrin tələb edilməsini nəzərə alaraq hökumətin borc göstəricilərinin həcminin 2000-ci ildən etibarən davamlı olaraq enməsi müşahidə edilib. Son illər ərzində sahibkarlıq fəaliyyəti üçün şərait ümumilikdə yaxşılaşdırılıb və əmək bazarları nisbətən çevik olub ki, bu isə öz növbəsində potensial artımın daha sürətli bərpasına imkan verə bilər.
Hesabatda həmçinin, son il ərzində, xüsusilə Cənub-Şərqi Avropa və MDB üzvü olan bir sıra ölkədə və Monqolustanda bazar yönümlü islahatlarla bağlı davamlı irəliləyişlərin müşahidə olunduğu qeyd edilir.
İslahatlarla bağlı göstəricilərin ən aşağı olduğu Belarus və Türkmənistan kimi bir sıra ölkələr tərəfindən bazarların təsis edilməsi və ölkənin rolunun azaldılması üçün müsbət addımlar atıldığı halda Avropa İttifaqına namizəd və potensial namizəd olan Qərbi Balkan ölkələrində islahatların həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edib. İslahatlar və inkişaf arasında dayanıqlı əlaqənin olmasını nəzərə alaraq bu amil regionun qısa müddətli qeyri-tarazlıqlara çevikliyini və uzunmüddətli inkişaf üçün perspektivlərini şərtəndirir.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib