Bank Of Baku

Azərbaycanın «Əmrah Sığorta» şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanın «Əmrah Sığorta» şirkətinə müddətsiz lisenziya verilib
# 26 noyabr 2008 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Əmrah Sığorta» şirkətinə müddətsiz lisenziya verilib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta fəaliyyətinə əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar «Əmrah Sığorta» Açıq Səhmdar Cəmiyyətinə Nazirlik tərəfindən müddətsiz lisenziya verilib.
Qeyd edək ki, təsisçisi 2 yerli fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 700 min manat, cari ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 380 min manat, ödənişləri isə 80 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR