Bank Of Baku

«Moody’s» agentliyi «Bank Standard»ın reytinqi əvvəlki səviyyədə təsdiqləyib

«Moody’s» agentliyi «Bank Standard»ın reytinqi əvvəlki səviyyədə təsdiqləyib
# 26 noyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) reytinqlərini əvvəlki səviyyədə təsdiqləyib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, agentlik tərəfindən bankın reytinqləri qısamüddətli depozitlər üzrə «NP», maliyyə sabitliyi üzrə «E+», uzunmüddətli depozitlər üzrə isə «B1» səviyyəsində «sabit» proqnozu ilə təsdiqlənib.
Qeyd edək ki, bankın ilk dəfə 2007-ci ilin avqust ayında aldığı «B1» səviyyəsindəki reytinq bu günədək Azərbaycanın özəl bank sektoru üçün ən yüksək göstərici olaraq qalır.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 350 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR