Bank Of Baku

Azərbaycanda səfərdə olan USAİD-in administratoru ölkə hökumətinin rəsmiləri və iş adamları ilə görüşüb

Azərbaycanda səfərdə olan USAİD-in administratoru ölkə hökumətinin rəsmiləri və iş adamları ilə görüşüb
# 26 noyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının 23-dən 26-dək Azərbaycanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratoru və ABŞ-ın Xarici Ölkələrə Yardım üzrə Direktoru xanım Henrietta H.For ölkə hökumətinin rəsmiləri və biznes strukturlarının rəhbərləri ilə görüşüb.
USAİD-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində H.For Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb. Görüşlərdə USAİD-in dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin gedişi, yeni layihələrin icrası və əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, Azərbaycanın neft gəlirlərinin istifadəsində nəsillərarası bərabərliyin təmin olunması, xərclər və gəlirlərin təhlili prinsiplərinin tətbiqi ilə neft gəlirlərinin səmərəli və şəffaf istifadəsi məsələlərinə toxunulub.
Bununla yanaşı, ABŞ rəsmisi Amerika Ticarət Palatası və Avrasiya Tərəfdaşlıq Fondunun təşkil etdiyi ziyafətdə iki ölkənin aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. Qonaq USAİD-in Qlobal İnkişaf Alyansı təşəbbüsü ilə bağlı fikirlərini bölüşüb, həmçinin Azərbaycanın mövcud və potensialı olan yeni ictimai-özəl tərəfdaşlıq imkanlarını müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR