Bank Of Baku

Analitiklər yeni ABŞ hökumətinin dolları ucuzlaşdıracağını proqnozlaşdırır

Analitiklər yeni ABŞ hökumətinin dolları ucuzlaşdıracağını proqnozlaşdırır
# 26 noyabr 2008 09:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ABŞ-ın yeni maliyyə hakimiyyəti iqtisadiyyatın rəqabətlilik qabiliyyətini artırmaq məqsədi ilə dolları ucuzlaşdırmaq siyasətini irəli sürəcək.
C.Rocersin proqnozlarını düzgün hesab edən valyuta mütəxəssisləri hesab edirlər ki, dolların Yaponiya yeni istisna olmaqla, aparıcı dünya valyutalarına qarşı möhkəmlənməsi gələn ilin əvvəlinə kimi davam edəcək. Bundan sonra əks proses başlayacaq. Buna əsasən ABŞ hökuməti tərəfindən böhrana qarşı iqtisadiyyata, xüsusən də real istehsalla bağlı olmayan maliyyə sektoruna maliyyə vəsaitlərinin yönəldilməsi nəticəsində yarana biləcək inflyasiya səbəb ola bilər. Analitiklər hesab edirlər ki, iqtisadiyyatın bərpası üçün ABŞ-ın yeni hökuməti müxtəlif addımlara əl ataraq, bir sıra mənfi makroiqtisadi amilləri, o cümlədən inflyasiya və dolların ucuzlaşması kimi amilləri vacib hesab etməyəcək. Aydındır ki, iqtisadiyyatın sabit vəziyyətdə pula olan tələbatını təmin etməsi və inflyasiya gözləmələri adətən tarazlaşdırılır. Lakin böhran şəraitində bu, əks olan proseslərdən hazırda iqtisadiyyat üçün daha faydalı olanı seçilir. ABŞ-ın Büdcə və Siyasi Prioritetlər Mərkəzinin nümayəndəsi olan Ceyms Horninin fikrincə, hazırda ən vacib məsələ ABŞ iqtisadiyyatını bərpa etməkdir və bunun üçün nəyi qurban vermək lazım olacağı məsələsi heç kəsi narahat etmir.
Hazırda Federal Ehtiyat Sisteminin uçot dərəcəsi 1%-ə bərabərdir ki, bu da mütləq pul kütləsinin və nəticədə inflyasiyaya səbəb olacaq. Lakin buna baxmayaraq, yumşaq pul-kredit siyasəti davam etdiriləcək, çünki böhran şəraitində istehsalın azaldılması və işsizliyin artması ilə müşayiət olunan iqtisadi geriləmə daha təhlükəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR