Bank Of Baku

«UniBank» SKB «MasterCard» sistemindən ekvayerinq lisenziyası alıb

«UniBank» SKB «MasterCard» sistemindən ekvayerinq lisenziyası alıb
# 26 noyabr 2008 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) «MasterCard» beynəlxalq ödəniş sistemindən ekvayerinq lisenziyası alıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, lisenziyaya əsasən, bankın POS-terminalları xarici banklar tərəfindən buraxılmış «MasrerCard» plastik kartlarına, həmçinin çip-kartlar və maqnit plastik kartlarına xidmət göstərəcək.
Ekvayerinqin alınması eyni zamanda Bankın kart biznesinin inkişafına, ticarət və xidmət sahəsində məşğul olan korporativ müştərilərin cəlb edilməsinə xidmət edəcək.
Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində «UniBank» tərəfindən emissiya olunan plastik kartların sayı 1,5 dəfə artaraq bu ilin noyabr ayının əvvəlinə («MasterCard» və «VİSA İnternational» kartları) 40 minə çatıb.
Xatırladaq ki, bank «MasterCard» beynəlxalq ödəniş sisteminin plastik kartlarının emissiyasına 2007-ci ildə başlayıb. «UniBank» həmin ildən «VİSA İnternational» beynəlxalq ödəniş sisteminin də ekvayeridir.
Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR