Bank Of Baku

Azərbaycanla Liviya arasında ticarət dövriyyəsi gələn bir neçə dəfə artacaq

Azərbaycanla Liviya arasında ticarət dövriyyəsi gələn bir neçə dəfə artacaq
# 26 noyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Liviya arasında ticarət dövriyyəsinin həcminin 2009-cu ildə bir neçə dəfə artacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Komissiya həmsədrinin sözlərinə görə, hazırda iki ölkələr arasında ticarət dövriyyəsi mövcud potensialdan çox aşağıdır və 200 min ABŞ dolları təşkil edir.
«Bu gün keçirilən hökumətlərarası komissiyanın iclasında ticarət dövriyyəsinin artırılması yolları da müzakirə olunub. Hesab edirik ki, həyata keçirilən tədbirlər nəticəsində bu həcm gələn il bir neçə dəfə artacaq», - deyə X.Xələfov əlavə edib.
Liviya Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsində Asiya və Avstraliya üzrə katib, hökumətlərarası komissiyanın həmsədri Məhəmməd Ömər əl-Bərrani isə qeyd edib ki, ölkəsi Azərbaycanla energetika sahəsində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıqda maraqlıdır və Bakıda keçirdiyi görüşlərdə bu məsələ müzakirə olunub. Ticarət dövriyyəsinin artırılmasına gəlincə, həmsədr bu məsələ ətrafında fikir mübadiləsi aparıldığını və Liviya iqtisadiyyatının Azərbaycan investisiyalarına açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının I iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR