Bank Of Baku

Azərbaycan Beynəlxalq Mühasiblər Federasiyasına tamhüquqlu üzv seçilib

Azərbaycan Beynəlxalq Mühasiblər Federasiyasına tamhüquqlu üzv seçilib
# 26 noyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
V.Novruzovun sözlərinə görə, Romada (İtaliya) keçirilən Beynəlxalq Mühasiblər Federasiyası İdarə Heyətinin son iclasında Azərbaycanın həmin quruma üzv seçilməsi barədə qərar qəbul olunub: «Bu Federasiyanın vəzifəsi dünyada mühasibatlıq və auditi qloballaşma şəraitində inkişaf etdirmək, həmin peşə sahiblərinin təcrübəsini artırmaqdan ibarətdir. Bu, ölkə üçün müsbət rol oynayacaq».
Bu sahədə beynəlxalq standartlara keçmək məsələsinə gəldikdə isə V.Novruzov qeyd edib ki, artıq Federasiyadan icazə alınıb və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR