Bank Of Baku

«Naxçıvan bank» da elektron birja sisteminə qoşulub

«Naxçıvan bank» da elektron birja sisteminə qoşulub
# 26 noyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 26-da Bakı Banklararası Valyuta Birjasının (BBVB) Birja Elektron Sistemində Ticarətə (BEST) ilk dəfə olaraq regional bank qoşulub.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST-ə artıq «Naxçıvan bank» da qoşulub. Bununla da, ticarət sisteminin istifadəçilərin sayı 47-ə çatıb.
Qeyd edək ki, istifadəçilər sistemə 42 ticarət və 17 informasiya terminalı vasitəsi ilə qoşulub.
Xatırladaq ki, birja xidmətlərinin göstərilməsində universallıq prinsipləri əsaslarında qurulan bu sistem müasir ticarət meydançasıdır. Bu sistem bankların likvidliyi və risklərin kompleks idarəetməsi üçün geniş imkanlara malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR