Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «Electron Deposit» xidmətinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı «Electron Deposit» xidmətinə başlayıb
# 27 noyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilər üçün «Electron Deposit» adlı yeni xidmətə başlayıb. ABB-nin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, bu xidmət vasitəsi ilə plastik kart sahibləri bankomatlar, «İEnternet Banking» sistemi və bankın məlumat köşkləri vasitəsilə təcili əmanət hesabını açmaq imkanı qazanırlar.
«Electron Deposit» xidmətinə qoşulmaq üçün müştəri ABB-nin filialına müraciət edərək zəruri formanı doldurur və müvafiq müqavilə bağlayır. Daha sonra, əmanət hesabının açılması üzrə bütün əməliyyatları müştəri bankomatlar, məlumat köşkləri və ya «İnternet Banking» vasitəsilə həyata keçirə bilər. Əmanətin əsas məbləği (müddətin sonunda) və əmanətə hesablanmış faizlər müştərinin plastik kart hesabına köçürülür ki, bu da müştərinin banka gəlməməyinə şərait yaradır.
Əmanətin minimal məbləği 100 manat (dollar, avro), müddəti isə 3 aydan 5 ilə qədərdir. Əmanətlər üzrə hesablanan faizlər müqavilə bağlandığı dövrdən ABB-nin mövcud faiz dərəcələrinə əsasən müəyyən edilir.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 4 208,654 mln. manat, kredit portfeli 2 631,728 mln. manat, depozit portfeli 1 367,476 mln. manat, məcmu kapitalı 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 130,078 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR