Bank Of Baku

«ROSNO» sığorta şirkətinin Bakı nümayəndəliyi bu il sığorta haqlarını 500 min dollara çatdıracaq

«ROSNO» sığorta şirkətinin Bakı nümayəndəliyi bu il sığorta haqlarını 500 min dollara çatdıracaq
# 27 noyabr 2008 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Allianz SE» Beynəlxalq Maliyyə Konserninin törəmə müəssisəsi olan Rusiyanın «ROSNO» sığorta şirkətinin Bakıdakı nümayəndəliyi 2008-ci ilin sonunadək sığorta haqlarının həcmini 500 min ABŞ dollarına çatdıracaq. Bu barədə «APA-Economics»ə «ROSNO»nun Bakıdakı nümayəndəliyinin direktoru Emin Aslanov məlumat verib.
E.Aslanovun sözlərinə görə, «ROSNO»nun Bakı nümayəndəliyi təkrarsığorta fəaliyyəti ilə məşğuldur və artıq Azərbaycanın 15 iri şirkəti ilə müqavilə imzalayıb.
E.Aslanov həmçinin qeyd edib ki, nümayəndəliyin əsas vəzifələrindən biri ölkənin sığorta bazarında beynəlxalq texnologiyaları tətbiq etməkdir.
Dünyada müşahidə olan maliyyə böhranının Azərbaycanın sığorta bazarına təsirinə gəldikdə isə, E.Aslanov qeyd edib ki, respublikanın sığorta bazarında daxilolmalar ötən illə müqayisədə 35% artıb: «Bu da onu göstərir ki, maliyyə böhranı Azərbaycanın sığorta bazarına təsir etməyib».
Qeyd edək ki, «ROSNO» sığorta şirkətinin Azərbaycandakı nümayəndəliyi 2008-ci ilin aprel ayında fəaliyyətə başlayıb.
Xatırladaq ki, Rusiyanın «ROSNO» sığorta şirkəti 1991-ci ildə yaradılıb. Hazırda şirkətin Rusiya üzrə 100 filialı və 200-dən artıq agentliyi fəaliyyət göstərir. Bu ilin mart ayının ortalarına «ROSNO» şirkətinin nizamnamə kapitalı 1,281 mlrd. rubl, öz vasitələri 5,423 mln. rubl, sığorta ehtiyatları isə 16,985 mln. rubl təşkil edib. Hazırda «ROSNO» şirkətinin brendi 500 mln. dollar dəyərində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR