Bank Of Baku

Sabah Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yeni kredit sazişi imzalanacaq

Sabah Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yeni kredit sazişi imzalanacaq
# 27 noyabr 2008 09:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Noyabrın 28-də Bakıda «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin maliyyələşdirilməsi üzrə Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında kredit sazişi imzalanacaq. Sazişi Azərbaycan hökuməti tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dünya Bankından isə Azərbaycan üzrə menecer Qreqori Yedjeyçak imzalayacaqlar. Bu barədə «APA-Economics»ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2008-2013-cü illəri əhatə edəcək bu layihənin ümumi dəyəri 54,6 mln. ABŞ dollarıdır. Layihənin maliyyələşdirilməsi üçün DB Azərbaycana 26,7 mln. dollar kredit ayıracaq, qalan vəsait isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Ümumilikdə, layihə üçün nəzərdə tutulan vəsaitin 12 mln. dollara yaxın hissəsi Azərbaycanda pensiya islahatlarının aparılmasına, qalan vəsait isə sosial müdafiə sistemi sahəsində işlərin aparılmasına sərf ediləcək. Layihə çərçivəsində əmək bazarı institutlarının modernləşdirilməsi, əmək qanunvericiliyinə dəyişiklərin edilməsi, gənclərin məşğulluğu üçün texniki tədbirlərin görülməsi, aktiv məşğulluq proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) icrası ilə əlaqədar reallaşacaq proqramlar da dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR